“Mançester Yunayted”də yeni baş məşqçi
İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi məlum olub.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, “qırmızı-şeytanlar”a hazırda Portuqaliyanın “Sportinq” ( Lissabon) komandasının sükanı arxasında olan Ruben Amorim başçılıq edəcək. Klublar təzminat məbləği ilə bağlı danışıqları davam etdirirlər.
R.Amorim 2020-ci ilin martından “Sportinq”də işləyir.
Qeyd edək ki, “Mançester Yunayted” ötən gün niderlandlı mütəxəssis Erik ten Haqla yollarını ayırıb. Komanda müvəqqəti olaraq Ruud Van Nistelroya tapşırılıb.