“Mançester Yunayted”də yeni müqavilə
“Mançester Yunayted” futbolçusu Dioqo Dalotla yeni müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, tərəflər 2028-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.
24 yaşlı portuqaliyalı futbolçu 2018-ci ilin yayında “Portu”dan “Mançester Yunayted”ə keçib.
Qeyd edək ki, Dalot bu mövsüm 42 oyunda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə edib.
Royal Türksoy







