featured-image-20026

“Kristal Pelas”ın qapıçısı Cek Batlendin “Mançester Yunayted”ə transferi rəsmiləşib.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” 29 yaşlı futbolçunu icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni transferlə 6 aylıq icarə müqaviləsi imzalanıb.

Batlend 2020-ci ildən “Kristal Pelas”da çıxış edir. O, bu komandada cəmi 17 oyuna çıxıb. İngilis qolkiper “Birmingem Siti”, “Çeltnem Taun”, “Stok Siti”, “Barnsli”, “Lids” və “Derbi Kaunti” kimi klubların da şərəfini qoruyub.

Bənzər xəbərlər