featured-image-57996

“Benfika”nın müdafiəçisi Tomas Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Msport.az xəbər verir ki, “Mançester Yunayted” və “Çelsi” portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Mançester Yunayted” yanvar ayında 22 yaşlı mərkəz müdafiəçisi üçün Portuqaliya klubuna 50 milyon funt-sterlinqlik rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Tomas Arauxo “Benfika”nın yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Bənzər xəbərlər