featured-image-48715

“Mançester Yunayted”in hücumçusu Antoni Marsial klubu ilə vidalaşıb.

Msport.az xəbər verir ki, bu barədə fransalı futbolçu sosial şəbəkə hesabında yazıb.

“Klubda keçirdiyim 9 inanılmaz ildən sonra karyeramda yeni səhifə açmaq vaxtı gəldi. “Mançester Yunayted” hər zaman ürəyimdə olacaq” – deyə Marsial bildirib.

“Mançester Yunayted” 2015-ci ildə Marsialı “Monako”dan 36 milyon funt-sterlinqə alıb. O zaman futbolçu ən bahalı gənc futbolçulardan olsa da, gözləntiləri doğrultmayıb. 28 yaşlı futbolçu “Yunayted”in heyətində 317 oyunda 90 qol vurub.

Marsial zədələr səbəbindən bu mövsüm  cəmi19 matça çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər