“Mançester Yunayted”dən ayrılır
Braziliyalı futbolçu Kazemiro bu yay İngiltərənin “Mançester Yunayted” klubunu tərk edəcək.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano bildirib.
32 yaşlı yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanı təmsilçiləri maraqlanır.
“Qırmızı-şeytanlar” oyunçunun müqaviləsinin 2026-cı ilədək olmasına baxmayaraq onu buraxmağa hazırdır.
Qeyd edək ki, Kazemiro 2022-ci ildən Mançester klubunun formasını geyinir.