“Mançester Yunayted”dən ayrılmaq qərarına gəldi
“Mançester Yunayted”in futbolçusu Rafael Varan klubunu dəyişmək qərarına gəlib.
Msport.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək niyyətindədir.
Fransalı az forma şansı əldə etdiyi üçün narazıdır.
O, cari mövsüm “qırmızı şeytanlar”ın heyətində 14 oyuna çıxıb və 1 qol vurub.







