featured-image-28756

“Bayern Münhen” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirəcək.

Msport.az xəbər verir ki, Bundesliqa nəhənginin baş məşqçisi Tomas Tuhel rəhbərlikdən yeni dayaq yarımmüdafiəçisi alınmasını istəyib. “Bayern” rəhbərliyi bu mövqeyə ən ideal namizəd kimi “Mançester Yunayted”in futbolçusu Karlos Kazemironu görür. Mövsümün əvvəlində “Real”dan transfer olunan futbolçunun bazar qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, Kazemironun MY-lə müqaviləsi 2026-cı ilə qədərdi. O, cari mövsüm ərzində 42 oyuna çıxıb, 5 qol və 6 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər