“Mançester Yunayted”dən PSV-yə
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Fakundo Pellistri karyerasını Fransada davam etdirməyə yaxındır.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçini mövsümün sonunadək PSV-yə icarəyə verəcək.
Hazırda uruqvaylı oyunçunun keçidi ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, 22 yaşlı Pelistri bu mövsüm 14 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.