“Mançester Yunayted”dən son 61 ilin antirekordu
İngiltərənin “Mançester Yunayted” klubu daha bir antirekorda imza atıb.
Msport.az “Opta”ya istinadən xəbər verir ki, Erik ten Haqın baş məşqçisi olduğu komanda mövsüm ilk 20 matçda 33 qol buraxıb. “Qırmızı şeytanlar” ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qalatasaray”la 3:3 hesablı heç-heçə ediblər.
Nəticədə “Mançester Yunayted” 2023/24 mövsümündə 20 oyuna buraxdığı qolların sayını 33-ə çatdırıb. Bu isə son 61 ildəki antirekord deməkdir. Komanda son dəfə 1962/63 mövsümündə belə pis nəticə göstərib.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 4 xalla Çempionlar Liqasının A qrupunun sonuncu pilləsində qərarlaşır. İngiltərə təmsilçisi 6-cı turda “Bavariya” ilə qarşılaşacaq. Görüş dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







