featured-image-64071

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” bir mövsüm ərzində ən çox məğlubiyyətlə üzləşib.

Komanda son olaraq 33-cü turda doğma arenasında “Vulverhempton”a 0:1 hesabı ilə uduzub. Bu, mançesterlilərin bu mövsüm ölkə çempionatında 15-ci məğlubiyyətidir. Komanda indiyə qədər heç vaxt bu qədər yenilgi almamışdı.

Qeyd edək ki, Ruben Amorimin yetirmələri hazırda 38 xalla 14-cü yerdə qərarlaşır.

Bənzər xəbərlər