featured-image-41061
İngiltərənin “Mançester Yunayted” klubu 4 futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” yanvarda yarımmüdafiəçi Kasemiro, müdafiəçi Rafael Varan, vinger Ceydon Sanço və hücumçu Antoni Marsialı satışa çıxaracaq.
Rəhbərlik bu transferlərdən 230 milyon funt-sterlinq (267 milyon avro) qazanc götürməyi planlaşdırır.
Premyer Liqa klubu artıq bu oyunçularla bağlı təkliflər gözləyir.

Bənzər xəbərlər