“Mançester Yunayted” Edersonu transfer etmək istəyir
“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Ederson Lourençonu almaq istəyir.
Msport.az xəbər verir ki, braziliyalı futbolçu “qırmızı şeytanlar”la hələ də müqavilə yeniləməyən Kobbi Meynunun əvəzləyicisi kimi nəzərdən keçirilir.
Hazırkı vəziyyət klub rəhbərliyini ciddi narahat edir. Meynunun getmə ehtimalı artdıqca, Mançester təmsilçisi Edersonla daha ciddi maraqlanmağa başlayıb.
Qeyd edək ki, Ederson bu mövsüm “Atalanta”nın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Atalanta” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.