Müdafiəçi Premyer Liqada klubunu dəyişə bilər
İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Rayan Ait-Nuri Premyer Liqada komandasını dəyişə bilər.
Msport.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
“Mançester Yunayted” müdafiəçi ilə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir.
Əlcəzair millisinin üzvünün özü də “qırmızı şeytanlar”ın forması geyinməkdə maraqlıdır. Mançester klubunun baş məşqçisi Ruben Amorim qışda müdafiə xəttini məhz əlcəzairli ilə gücləndirilməsinin vacibliyini rəhbərliyə bildirib.
23 yaşlı müdafiəçinin klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, bu mövsüm 22 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.