“Mançester Yunayted” futbolçusunu icarəyə verdi
“Mançester Yunayted” gənc futbolçusu İtan Uitlini icarəyə verib. Msport.az xəbər verir ki, 19 yaşlı hücumçu mövsümün sonuna kimi “Uolsoll”da çıxış edəcək.
Uitli 2024-cü ilin aprelində “Mançester Yunayted”in akademiyasından A komandasında debüt etmiş 250-ci futbolçu olmuşdu. Forvard o vaxtdan bu yana “qırmızı şeytanlar”ın heyətində 4 oyun keçirib.
Qeyd edək ki, “Uolsoll”2-ci İngiltərə Futbol Liqasında liderdir. Komanda ən yaxın izləyicisi “Kru Aleksandr” klubunu 12 xal qabaqlayır.