featured-image-23294

Britaniyanın ən varlı adamlarından biri Cim Retkliff “Mançester Yunayted” klubunu almaq üçün rəsmi müraciət edib.

Msport.az “Footmercato”ya istinadən xəbər verir ki, iş adamı 4,5 milyard avro verməyə hazır olduğunu bildirib.

Retkliff “İneos” neft-kimya şirkətinin rəhbəridir. Britaniyalı milyarder iki futbol klubuna sahibdir. İsveçrənin “Lozanna” və Fransanın “Nitsa” komandaları onundur.

“Mançester Yunayted” azarkeşi olan Retkliff 2022-ci ilin yayında etiraf etmişdi ki, klubu Qleyzer qardaşlarından almaq istərdi.

Qətər şeyxi Casim ben Hamad Al Tan da “Mançester Yunayted”i almaq istəyənlər arasındadır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər