featured-image-29956

Fil Cons yayda “Mançester Yunayted”i tərk edəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

İngiltərə klubu 31 yaşlı müdafiəçi ilə müqaviləni uzatmayacaq. Təcrübəli oyunçu yayda azaf agentə çevriləcək.

Cons 2011-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyur. Bu müddət ərzində o, komanda ilə 6 titul qazanıb.

Futbolçu cari mövsümdə bir oyunda da meydana çıxmayıb. O, son dəfə 2022-ci il mayın 2-də forma geyinib.

Cons “Mançester Yunayted”də ümumilikdə 229 oyun keçirib 6 qol vurub və 10 məhsuldar ötürmə verib.

ANAR 

Bənzər xəbərlər