featured-image-44207

“Mançester Yunayted” “Benfika”da çıxış edən portuqaliyalı Antonio Silva ilə maraqlanır.

Msport.az “Sport Witness” nəşrinə istinadən xəbər verir ki, “qırmızı-şeytanlar”ın rəhbərliyi qarşıdan gələn yay transfer dönəmində 20 yaşlı müdafiəçi üçün təxminən 100 milyon avro ödəməyə hazırdır.

Klub rəsmiləri bu mövsüm mütəmadi olaraq “Benfika”nın matçlarına da gediblər.

Qeyd edək ki, Silva 2016-cı ildən “Benfika”nın uğurları üçün çalışır. O, cari mövsüm 30 oyun keçirib və iki qol vurub.

Bənzər xəbərlər