featured-image-56790

“Mançester Yunayted” “Sportinq”in hücumçusu Viktor Gyökeres üçün yarışa girə bilər.

Msport.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq sosial şəbəkələrdə paylaşıb.

Bildirilir ki, indiyədək Mançester klubu 26 yaşlı isveçli ilə maraqlanmayıb, lakin Portuqaliya klubunda hücumçu ilə birgə çalışmış və onun oyununun böyük pərəstişkarı olan baş məşqçi Ruben Amorimin təyinatı ilə klubun mövqeyi dəyişə bilər.

Futbolçunu “Mançester Siti”, “Arsenal”, “Liverpul” və “Çelsi” də heyətində görmək istəyir.

Gyökeres Amorimin rəhbərliyi altında 65 matçda 59 qol vurub və 23 məhsuldar ötürmə edib

Qeyd olunur ki, gələn yay Gyökeres 60-70 milyon avroya “Sportinq”i tərk edə biləcək.

Bənzər xəbərlər