“Mançester Yunayted”in baş məşqçi postuna sürpriz namizəd
“Barselona”nın sabiq baş məşqçisi Xavi “Mançester Yunayted”in baş məşqçisi ola bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis İngiltərə Premyer Liqasında işləməyə hazırdır. “Qırmızı şeytanlar”ın avrokuboklardan kənarda qalması Xavinin seçiminə təsir göstərmir.
Ötənlərin məşhur futbolçusunun son iş yeri “Barselona” olub. O, 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa qədər Kataloniya klubuna rəhbərlik edib. Xavi “Barsa”ya qədər Qətərin “Əl Sədd” klubunda işləyib.