“Mançester Yunayted”in futbolçusu Almaniya klubunda
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Donni van de Bek karyerasını Almaniyada davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə taliyalı insayder Fabritsio Romano sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, niderlandlı yarımmüdafiəçi “Ayntraxt”ın uğurları üçün çalışacaq.
İcarə müddəti 2024-cü ilin iyununa qədər davam edəcək və bonuslar da daxil olmaqla 15 milyon avroya satın almaq haqqı da mövcud olacaq.







