“Mançester Yunayted”in futbolçusu Fransa klubuna keçə bilər
“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Qrinvud daha bir klubun maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, 24 yaşlı hücumameyilli oyunçu “Marsel”in transfer siyahısındadı.
İngiltərə klubu 22 yaşlı vingeri almaq öhdəliyi ilə icarəyə verməyə razıdı. “Qırmızı şeytanlar” müqaviləyə böyük satış bəndi daxil etməyi planlaşdırır. Məbləğin gələcək transferlərin 40-50%-i arasında ola biləcəyi bildirilir. Tərəflər artıq rəsmi danışığa başlayıb.
Qeyd edək ki, Meyson Qrinvud ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib.