“Mançester Yunayted”in futbolçusu İstanbul nəhənginə keçə bilər
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Viktor Lindelöf karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Tuttomercato” nəşri məlumat yayıb.
“Qalatasaray”ın 30 yaşlı müdafiəçi ilə maraqlandığı bildirilib.
İsveçli oyunçu da İstanbul təmsilçisinə keçməyə müsbət yanaşır.