featured-image-27896

“Mançester Yunayted”in müdafiəçisi Lisanndro Martines mövsümü qapayıb. Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, argentinalı oyunçu Avropa Liqasında “Sevilya” ilə matçda (2:2) zədələnib.

Mənbənin sözlərinə görə, Martines bir neçə ay oynaya bilməyəcək. Onu 86-cı dəqiqədə “Sevilya”nın futbolçuları əllərində meydandan çıxardıblar. Lisandro rəqiblə kontakt olmadan, topa zərbə endirmək istərkən zədə alıb.

“Yunayted” azarkeşləri üçün bəd xəbər təkcə bu deyil. Rafael Varan da ağır zədə alıb, ola bilər ki, o, da bu mövsüm meydana qayıda bilməsin.

ANAR 

Bənzər xəbərlər