“Mançester Yunayted”in hücumçusu İtaliyaya qayıdır
“Mançester Yunayted”in hücumçusu Rasmus Heylund A Seriyasına qayıda bilər.
Msport.az xəbər verir ki, “İnter”, “Yuventus” və “Napoli” danimarkalı forvardı yay transfer pəncərəsində heyətinə qatmaq istəyir.
Futbolçu daha əvvəl İtaliyada “Atalanta”da oynayıb, oradan 2023-cü ilin yayında “Mançester Yunayted”ə keçib.
Bu mövsüm 22 yaşlı hücumçu bütün turnirlərdə 51 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir.