“Mançester Yunayted”in hücumçusuna A Seriyasından təkliflər
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylun İtaliyaya qayıda bilər.
Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu A Seriyasından təklif alıb.
Danimarka millisinin üzvü “Yuventus” və “Napoli”nin maraq dairəsinə düşüb. Turinlilər hətta İngiltərə təmsilçisi ilə danışıqlara da başlayıb.
Qeyd edək ki, Rasmus Hoylun “Mançester Yunayted”də keçirdiyi 84 oyunda 24 qol vurub. O, daha əvvəl 2022-23 mövsümündə “Atalanta”nın formasını geyinib.