featured-image-45294

İngiltərənin “Mançester Yunayted” klubunun iki azarkeşi saxlanılıb.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, buna fanatların ölkə kubokunun 1/4 finalında “Liverpul”la matçda təhqiramiz şüarlar səsləndirməsi səbəb olub.

Tərəfdarlar 1989-cu ildə Mersisayd təmsilçisi ilə “Nottingem Forest” arasında keçirilmiş oyundan əvvəl baş vermiş faciəni ələ salıblar. Həmin vaxt izdiham səbəbindən 97 azarkeş ölüb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, “qırmızı şeytanlar” rəqibini əlavə vaxtda 4:3 hesabı ilə üstələmişdi. Komanda aprelin 20-də yarımfinalda “Koventri Siti” ilə üz-üzə gələcək.

Bənzər xəbərlər