featured-image-64113

“Mançester Yunayted” Mateus Kunyanı transfer etməyə hazırlaşır.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhempton”un bombardirini almağa getdikcə yaxınlaşır.

İngiltərə nəhəngi braziliyalının transferi üçün 62,5 milyon funt-sterlinq dəyərində olan satınalma maddəsini aktivləşdirməli olacaq. Mançester təmsilçisi Premyer Liqanın maliyyə qaydaları icazə verdiyi müddətdə, yəni may ayına qədər keçid şərtlərində razılıq əldə etməyə ümid edir.

25 yaşlı forvard uğrunda əsas rəqib “Nyukasl” hesab olunur. Ancaq futbolçu özü “Mançester Yunayted”də oynamaq arzusundadır.

Bənzər xəbərlər