“Mançester Yunayted”in müdafiəçisi London klubuna keçə bilər
“Mançester Yunayted”in futbolçusu Harri Maquayr İngiltərədə klubunu dəyişə bilər.
Msport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Vest Hem” 31 yaşlı müdafiəçi ilə maraqlanır.
London təmsilçisi yayda oyunçu üçün 15 milyon avro təklif etmək niyyətindədir.
Baş məşqçi David Moyes komandasında başla oynaya bilən yaxşı müdafiəçinin olmadığını düşünür. Şotlandiyalı mütəxəssisin fikrincə, Maquayr bu problemi həll edə bilər.