“Mançester Yunayted”in sabiq baş məşqçisi “Brügge”yə rəhbərlik edə bilər
Ole-Qunnar Sulşer “Brügge”nin baş məşqçisi təyin oluna bilər. Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Belçika klubuna rəhbərlik etməyə əsas namizədlərdən biridir.
Bundan başqa, Ronni Deyla ilə “Leyptsiq”, “Bayern Münhen”də köməkçi məşqçi işləmiş Dino Töpmöller də namizədlər sırasındadır.
Sulşer bir müddət “Mançester Yunayted”in baş məşqçisi olub. O, 2018-ci ilin dekabrında İngiltərə klubunda baş məşqçi səlahiyyətlərini yerinə yetirməyə başlayıb. 2019-cu ilin martında isə Sulşer artıq baş məşqçi təyin olunub.
“Yunayted” 2021-ci ilin noyabrında norveçli mütəxəssisis istefaya göndərmişdi.
ANAR







