featured-image-68567

“Mançester Yunayted”in sabiq müdafiəçisi Erik Beyi karyerasını “Ovyedo”da davam etdirəcək. Msport.az xəbər verir ki, 31 yaşlı futbolçusu İspaniya klubuna azad agent kimi keçib.

Onun müqaviləsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Beyinin son klubu “Vilyarreal” olub. O, ötən mövsüm “sarı kanaryalar”ın heyətində 12 oyun keçirib.

Beyi 7 ildən çox “Mançester Yunayted”in formasını geyinib. Müdafiəçi bu klubda 3 titul qazanıb. Təcrübəli oyunçu “Beşiktaş”, Marsel” və “Espanyol” kimi komandalarda da çıxış edib.

 

 

Bənzər xəbərlər