“Mançester Yunayted”in satışı uzana bilər
“Mançester Yunayted”in satışı prossesi xeyli uzana bilər. Msport.az “The Guardian”a istinadən xəbər verir ki, Qleyzerlər ailəsi hələ ki istədikləri təklifi almayıblar.
Onlar klubun satışından 6 milyard funt əldə etmək istəyirlər. Qətər şeyxi Hamad bin Casim bin Caber El Tani 4,5 milyard avro təklif edib. Britaniyalı millyarder Cim Retkliff isə “qırmızı şeytanlar”ı almaq üçün daha az məbləğ verir.
Qleyzerlər qiymətdə kompromisə gedə bilərlər, lakin indi ailənin daxilində belə, bu məsələ ilə bağlı ortaq mövqe yoxdur. Ailənin 6 üzvündən hər biri satış məsələsinə fərqli yanaşır.
Bu səbəbdən klubun bir ay ərzində satılacağı inandırıcı görünmür. Alqı-satqı prossesi yalnız mövsümün sonuna yaxın reallaşa bilər.
ANAR ABDULLAYEV