featured-image-24973

“Mançester Yunayted”in sahibi olan Qleyzerlər ailəsi klubun satışını yaya kimi təxirə salıb.

Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, öncədən klubun ən geci aprelin sonlarında satışa çıxarılması planlaşdırılırdısa, indi Qleyzerlər yay transfer pəncərəsinin açılmasını gözləyirlər.

Amerikalı iş adamları “Yunayted”i 5 milyard avrodan aşağı satmaq niyyətində deyillər. Lakin hələ ki Qətər şeyxi Cassim bin Hamad Əl Tani və britaniyalı Cim Retkliffin təklifləri göstərilən məbləğə uyğun deyil.

Qleyzerlər “qırmızı şeytanlar”ın satışından daha çox qazanmaq istəyirlər, bu səbəbdən də onlar yaya kimi gözləməyi məqsədəuyğun sayıblar.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər