featured-image-65259

“Mançester Yunayted” hücumçu Mateus Kunyanın transferi ilə bağlı razılaşmaya yaxındır.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu Mançester klubuna qoşulmağa razılıq verib.

Şəxsi şərtlərlə bağlı razılaşma hazırda yekun mərhələdədir. Əvvəlcədən bildirildiyi kimi, “Vulverhempton” 25 yaşlı ön xətt oyunçusunu satmağa hazırdır.

Qeyd edək ki, Mateus Kunyanın “Vulverhempton”la müqavilə müddəti 2029-cu ilə qədərdir.

Bənzər xəbərlər