featured-image-38588

İngiltərənin “Manşester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Msport.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” Federiko Dimarko üçün qışda “İnter”ə təklif göndərmək niyyətindədir.

Baş məşqçi Erik ten Haq komandanın müdafiəsini gücləndirməyi planlaşdırır. Sol cinah müdafiəçiləri Lyuk Şou və Tirell Malasia zədə səbəbindən uzun müddət oynamayacaq.

25 yaşlı oyunçu ilə PSJ-nin də maraqlandığı bildirilir. “İnter” isə Dimarkoya yeni uzunmüddətli sözləşmə təklif etməyi nəzərdə keçirir. Lakin klub futbolçunu 50 milyon avroya sata bilər.

Bənzər xəbərlər