“Mançester Yunayted” ispaniyalı futbolçunu istəyir
İngiltərənin “Mançester Yunayted” klubu heyətinə daha bir futbolçu qatmaq niyyətindədir.
Msport.az xəbər verir ki, “mankunianlar” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi ilə yaxından maraqlanırlar.
İspaniyalı futbolçunun İngiltərəyə köçmək ehtimalı yüksək dəyərləndirilir. 25 yaşlı yarımmüdafiəçinin müqaviləsində 60 milyon avroya satınalma bəndi var. “Mançester Yunayted” rəhbərliyi də bu məqamdan faydalanmaq niyyətindədi. Danııqlar baş tutsa, Premyer Liqa təmsilçisi Subimendinin özünə 5 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Martin 2020-ci ildən “Real Sosyedad”ın formasını geyinir.