featured-image-25079

“Mançester Yunayted” Kazemironun diskvalifikasiyasına görə, şikayət etməyəcək. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu 4 oyunu buraxmalı olacaq.

Yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 27-ci turunun “Sauthempton”la görüşdə cəzalanıb.

O, mövsüm ərzində 2-ci dəfə qırmızı vərəqə aldığından 4 oyunluq cəzalanıb. Kazemiro “Fulhem”lə İngiltərə kubokunun, həmçinin çempionatda “Nyukasl”, “Brentford” və “Everton”la matçları buraxacaq.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər