“Mançester Yunayted” Kazimiroya əvəzləyici axtarır
“Mançester Yunayted” 33 yaşlı Kazimironun yerinə yeni futbolçu axtarır. Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin möavsümün sonunda komandanı tərk edəcəyi gözlənilir.
“Qırmızı şeytanlar” əvəzləyici kimi “Kristal Pelas”ın 21 yaşlı oyunçusu Adam Uortonu nəzərdən keçirir. “Yunayted” yay transfer pəncərəsinin son günlərində Uortona maraq göstərsə də, klubu ona görə 116 milyon avro istəyib.
Lakin ehtimal var ki, qışda gənc futbolçunun dəyəri 69 milyon avroya düşəcək.
Uorton 2024-cü ilin fevralından “Kristal Pelas”ın formasını geyinir. O, bu müddət ərzində 49 oyunda meydana çıxıb. Yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.