featured-image-28570

“Mançester Yunayted” rəhbərliyi “Tottenhem”in hücumçusu Harri Keynin transferi ilə bağlı danışıqlara başlamağa hazırlaşır.

Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” müəyyənləşdirməyə çalışırlar ki,futbolçunun keçidi neçəyə başa gələr.

Nəşrin sözlərinə görə, “Tottenhem” 95 milyon avrodan aşağı olacaq təklifləri dəyərləndirməyəcək. London klubu İngiltərə Premyer Liqası təmsilçilərinə 115 milyon avro qiymət oxuyacaq.

“Bayern Münhen” də İngiltərə millisinin forvardını transfer etməkdə maraqlıdır. 29 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 32 oyunda 24 qol vurub və 2 məhsuldar ötürmə verib.

Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin iyununa kimidir.

ANAR

Bənzər xəbərlər