“Mançester Yunayted” Maquayrın əvəzedicisini tapdı
“Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Msport.az məşhur insayder Fabritsio Romanonun tvitter səhifəsinə istinadən xəbər verir ki, fransız müdafiəçi yay transfer pəncərəsinin qalan hissəsi üçün “Mançester Yunayted”in əsas transfer hədəfidir. “Qırmızı şeytanlar” Todibonu klubdan ayrılacağı gözlənilən Harri Maquayrın əvəzedicisi kimi görür. Mançester təmsilçisi artıq 23 yaşlı futbolçunun mümkün transferi ilə bağlı Fransa klubu ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, Todibo ötən mövsüm “Nitsa”nın heyətində 46 oyun keçirib.
Royal Türksoy







