featured-image-32458

“Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntun “Mançester Yunayted”ə transferi ilə bağlı təfərrüatlar açıqlanıb.

Msport.az məşhur insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “qırmızı şeytanlar”la 2028-ci ilin iyun ayına kimi qüvvədə olacaq müqavilə bağlayacaq. Maunt növbəti həftə tibbi müayinədən keçəcək.

Maunt 2022/2023 mövsümündə “Çelsi”nin heyətində 35 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. İngiltərə millisinin də üzvü olan futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonunda başa çatır.

Royal Türksoy

Bənzər xəbərlər