“Mançester Yunayted” mərakeşli futbolçunun keçidini razılaşdırdı
“Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirir.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Fiorentina”dan Sofyan Amrabatın transferini razılaşdırıb. Mançester təmsilçisi mərakeşli futbolçunun keçidini Donni van de Bek və Fredi satdıqdan sonra rəsmiləşdirəcək.
Van de Bekin “Real Sosyedad”a, Fredin isə “Qalatasaray”a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Amrabat 2020-ci ildən “Fiorentina”da çıxış edir. 26 yaşlı futbolçu son mövsüm ərzində 49 oyunda iştirak edib.
Royal Türksoy







