“Mançester Yunayted” millinin hücumçusunu satır
“Mançester Yunayted” hücumçusu Coşua Zirkze ilə yayda yollarını ayıra bilər.
Msport.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı forvardın çıxışından məmnun deyil.
“Qırmızı şeytanlar” Niderland millisinin üzvünü satmağa tələsmir. Ancaq rəhbərlik onun üçün gələcək transfer təkliflərini dəyərləndirməyə hazırdı. Zirkze hazırda bir neçə klubun diqqət mərkəzindədir.
Qeyd edək ki, Zirkze “Mançester Yunayted”in heyətində 44 oyuna çıxıb, 6 qol vurub.