“Mançester Yunayted” müdafiə xəttini gücləndirir
“Mançester Yunayted” yayda müdafiə xəttini gücləndirmək istəyir.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəflərindən biri “Monako”nun futbolçusu Aksel Disasidir. “Çelsi”, “Mançester Siti” və “Atletiko”nun da izlədiyi futbolçunun “knyazlıq” klubuyla 2025-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Disasi 2020-ci ildən “Monako”da çıxış edir. O, bu mövsüm 40 oyunda iştirak edib, 5 qol və 4 assistlə yadda qalıb.
Royal Türksoy







