featured-image-21886

“Stok Siti” “Mançester Yunayted”in müdafiəçisi Aksel Tuanzebeni transfer edib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2022-2023-cü illər mövsümünün sonuna kimi icarə müqaviləsi bağlayıblar.

Tuanzebe “Stok Siti”nin qış transfer pəncərəsində 5-ci yeni oyunçusu olub. Qeyd edək ki, “Stok Siti” çempionşipdə mübarizə aparır.

25 yaşlı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində bir oyunda belə meydana çıxmayıb. O, ötən mövsüm icarə əsasında “Aston Villa” və “Napoli”də çıxış edib.

Tuanzebenin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyununa kimidir.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər