“Mançester Yunayted” ondan yaxasını qurtarır
“Mançester Yunayted” Dortmund “Borussiya”sına icarəyə verdiyi Ceydon Sançodan yaxasını qurtarmaq istəyir.
Msport.az “derwesten” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” daha əvvəl futbolçunun keçidindən 50-60 milyon avro qazanmaq istəyirdisə, indi oyunçunu 35-40 miıyon avroya satmağa hazırdır.
Almaniya təmsilçisi də bu məbləği ödəmək niyyətindədir.
Xatırladaq ki, Ceydon Sanço 2021-ci ilin yayında 85 milyon avroya “Mançester Yunayted”ə keçmişdi. İngiltərəli oyunçu “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla münaqişədən sonra əsas komandadan kənarlaşdırılmışdı. Futbolçunun müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. O, 2017-2021-ci illərdə “Borussiya”nın formasını geyinib.