featured-image-26707

Mançester Yunayted” mövsümün sonuna kimi Meyson Qrinvudu məşqlərə buraxmayacaq.

Msport.az xəbər verir ki, bir müddət əvvəl futbolçunun üzərindən zorlama ittihamı götürülüb.

Lakin klubdan bildiriblər ki, özləri də araşdırma aparmaq istəyirlər.

21 yaşlı yarımmüdafiəçiyə bildirilib ki, yeni mövsümdən əvvəl hazırlığa başlaya bilməz.

Son həftə Qrinvud “Yunayted” rəhbərliyi ilə görüşərək məşqlərə qatılmaq arzusunu dilə gətirib.

“Qırmızı şeytanlar”ın Qrinvudla müqaviləsi 2025-ci ilə kimidir.

ANAR

Bənzər xəbərlər