featured-image-25886

“Mançester Yunayted” “Portu”nun qapıçısının transferində maraqlıdır. Msport.az ESPN-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” DÇ-2022-də Portuqaliya seçməsinin çərçivəsini qorumuş Dieqo Koştaya maraq göstərir.

“Yunayted”in transfer siyahısında “Brentford”un qolkiperi David Rayu da var. O, klubu ilə müqaviləsini uzatmasa, ucuz qiymətə satıla bilər.

Erik ten Haqın komandası David De Xea ilə də müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparır. Klub onun maaşını bir qədər azaltmaq istəyir.

23 yaşlı Koşta bu mövsüm Portuqaliya çempionatında 25 oyun keçirib və 17 top buraxıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər