featured-image-30772

“Mançester Yunayted” yayda yeni qapıçıyla güclənmək istəyir.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəfi “Portu”dan Dioqo Kostadır. 23 yaşlı futbolçunun yay transfer pəncərəsi zamanı klubunu dəyişəcəyi ehtimal edilir. 

Mançester təmsilçisi Kostanın müqaviləsində göstərilən 75 milyon avroluq satınalma bəndindən istifadə edəcək.

Qeyd edək ki, Kosta bu mövsümdə 33 oyun keçirib və 22 qol buraxıb.

Royal Türksoy

Bənzər xəbərlər