featured-image-36402

“Mançester Yunayted” qapıçısı Din Hendersonu “Kristal Pelas”a satıb.

Msport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı qolkiper ilə 5 illik müqavilə imzalanıb. “Kristal Pelas” futbolçu üçün 17,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Henderson 2022/2023 mövsümündə icarə əsasında “Nottinqem Forest”də çıxış edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədə idi.

Bənzər xəbərlər